Bakı şəhəri, Yusif Məmmədəliyev küçəsi 13 ünvanında yerləşən “PAŞA Bank” ASCnin səhmdarlarının növbəti ümumi yığıncağı 26 dekabr 2025-ci il tarixində keçiriləcək.
FED.az xəbər verir ki, səhmdarlarının ümumi yığıncağı saat 17:00-da, müvafiq telekommunikasiya vasitəsi ilə məsafədən keçiriləcəkdir.
Gündəlikdəki məsələ “PAŞA Bank” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının səlahiyyətinə aid olan müvafiq məsələlərin müzakirəsi. ilə bağlıdır.
Səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələlər üzrə materiallarla Bankın Baş ofisində, həmçinin elektron qaydada müraciət etməklə tanış ola bilərlər.