Diqqət: Bu məqalə üzrə müəllif hüquqları FED.az-a məxsusdur və digər heç bir KİV-də yenidən çap oluna bilməz.
Beynəlxalq reytinqlər hər bir bankın xarici investorlar aləmində əsas güzgüsüdür, buna görə də banklar daima reytinqlərini yüksək tutmağa çalışır. Amma bəzən banklarımız reytinq agentlikləri ilə əməkdaşlığı dayandırır. Bunun əsas səbəbləri aşağı reytinq almamaq və ya reytinqə ehtiyacın olmamasıdır.
FED.az xəbər verir ki, son bir neçə il ərzində Azərbaycanda xarici reytinqləri olan bankların sayı azalır. Beynəlxalq reytinqlərin verilməsi əsasən 3 böyük şirkət tərəfindən gerçəkləşir.
Eləcə də bax: Prokuror Azərbaycan banklarına zərər vuran əcnəbilərə - CƏZA İSTƏYİB
«Standard and Poors»
S&P Qlobal Reytinq agentliyi, Azərbaycanın yerli və xarici valyutada, qısa və uzunmüddətli suveren kredit reytinqini son olaraq, 2019-cu ilin 25 Yanvar tarixində 'BB+/B” həddində təsdiqləyib. Ölkənin uzunmüddətli reytinq proqnozu stabildir.
Bu agentlik tərəfindən ölkənin 3 özəl bankı qiymətləndirilir, onlar ilə bağlı kredit reytinqlərini aşağıdakı cədvəldə görə bilərsiniz, cədvəl ən son və ondan əvvəlki kredit reytinqini və proqnozunu əhatə edir.
Ölkənin ən böyük özəl bankı olan «Paşa Bank»ın kredit proqnozu ilin əvvəlində neqativə dəyişib, bankın yerli və xarici valyutada uzunmüddətli EDR reytinqi “BB-”, qısamüddətli EDR reytinqi isə “B” həddində təsdiqlənib.
«Muğan Bank» və «Kapital Bank»ın kredit reytinlqəri isə 2019-ci ilin iyun ayı ən son olaraq yenilənib, «Muğan Bank»ın proqnozu stabil saxlansa da, «Kapital Bank» pozitiv proqnoza dəyişdirilib.
UM EDR - uzunmüddətli emitentin defolt reytinqi
QM EDR - qısamüddətli emitentin defolt reytinqi
Bankın adı |
Cari Reytinq UM EDR/QM EDR |
Öncəki reytinq UM EDR/QM EDR |
Proqnoz |
“BB-/B” Neqativ 16 Yanvar 2019 |
“BB-/B” Neqativ 7 İyun 2017 |
Neqativ |
|
“B-/B” Stabil 21 İyun 2019 |
“B-/B” Stabil 20 İyun 2018 |
Stabil |
|
“BB-/B” Pozitiv 18 İyun 2019 |
“BB-/B” Stabil 28 Fevral 2018 |
Pozitiv |
Moody’s İnvestor xidməti
Moody’s İnvestor Xidməti ən son olaraq, 12 Aprel 2019-cu il tarixində Azərbaycanın emitent və borcgötürən reytinqlərini Ba2 səviyyəsində təsdiq edib, kredit proqnozunu stabil olaraq saxlayıb.
Sentyabr ayının 3-də Moody’s Azərbaycan da daxil olmaqla, bir sıra emitentlərin portfoliosunun müntəzəm qiymətləndirilməsini başa çatdırdığını elan edib. Azərbaycanın kredit profili (Ba2 emitent reytinqi ilə) ölkənin “Aşağı (+) iqtisadi gücünü əks etdirir, bu isə öz növbəsində zəngin resurslara rəğmən, dəyişkən iqtisadi artım tempi və karbohidrogen ehtiyatlarından asılılıq ilə balanslaşır. Ölkə də qanunun gücü və institusional idarəetmə zəifdir, bu isə korrupsiyaya nəzarətə imkan vermir, bank sisteminin hələ də zəif qalması monetar siyasətin effektivliyini azaldır. Bununla yanaşı ölkədə daxili siyasi risk və qonşu Ermənistan ilə mübahisəli ərazilər səbəbindən gərginliyin artma ehtimalından irəli gələn geosiyasi risklər də ölkənin kredit reytinqdə öz əksini tapır.
Qeyd edək 5-9 Sentyabr tarixllərində Moody’s aşağıda adı çəkilən bankların hər birinin portfloliosunu yenidən dəyərləndirib, amma onların reytinqləri ilə bağlı bir dəyiliklik hələ ki, baş verməyib.
Moody’s tərəfindən 5 Azərbaycan bankı qiymətləndirilir.
Bankın adı |
Cari Reytinq, 16 Aprel 2019 |
Öncəki reytinq, 27 İyun 2018 |
Proqnoz |
UM bank öhdəlikləri: B1 Təməl kredit qabiliyyəti: b3 Kontragent riski: Ba3 |
UM bank öhdəlikləri: B3 Təməl kredit qabiliyyəti: caa2 Kontragent riski: B2 |
Pozitiv qalıb |
|
UM bank öhdəlikləri: B3 Təməl kredit qabiliyyəti: b3 Kontragent riski: B2 |
UM bank öhdəlikləri: Caa1 Təməl kredit qabiliyyəti: caa1 Kontragent riski: B3 |
Pozitivdən Stabiə dəyişib |
|
UM bank öhdəlikləri: B2 Təməl kredit qabiliyyəti: b3 Kontragent riski: B1 |
UM bank öhdəlikləri: B3 Təməl kredit qabiliyyəti: caa1 Kontragent riski: B2 |
Pozitivdən stabilə dəyişib |
|
UM bank öhdəlikləri: Caa3 Təməl kredit qabiliyyəti: caa3 Kontragent riski: Caa2 |
UM bank öhdəlikləri: Caa3 Təməl kredit qabiliyyəti: caa3 Kontragent riski: Caa2 |
Nəqativdən stabilə dəyişib |
|
23 Oktyabr 2018 2018 |
UM bank öhdəlikləri: Ba3 Təməl kredit qabiliyyəti: b1 Kontragent riski: Ba2 |
UM bank öhdəlikləri: Ba3 Təməl kredit qabiliyyəti: b1 Kontragent riski: Ba2 |
Nəqativdən stabilə dəyişib |
«Moody’s Investors Service» agentliyi «Xalq Bank»ın yerli və xarici valyutada uzunmüddətli öhdəliklər üzrə reytinqini bir pillə yüksəldərək B2 səviyyəsində, «Stabil» proqnoz ilə müəyyən edib. Bankın kredit ödəmə qabiliyyətinin baza səviyyəsini (Baseline Credit Assessments) Сaa1-dən B3-ə yüksəldib. Bankın, yerli və xarici valyutada qısamüddətli və uzunmüddətli kontragent riski reytinqi (CR Assessments) B2(cr)-dən B1(cr)/Not Prime səviyyəsinədək artırılıb.
Beynəlxalq Bankın uzunmüddətli depozit reytinqi pozitiv proqnozla B3 səviyyəsindən B1 səviyyəsinə qədər artırılıb, kredit ödəmə qabiliyyəti reytinqləri (Baseline Credit Assessment, Adjusted Baseline Credit Assessment) caa2 səviyyəsindən b3 səviyyəsinə, Bankın uzunmüddətli qarşı tərəfin risk qiymətləndirilməsi reytinqləri (Long-term Counterparty Risk Assessment, Long-term Counterparty Risk Rating) isə B2 səviyyəsindən Ba3 səviyyəsinə yüksəldilib. Moody’s həmçinin «Bank Respublika»nın uzunmüddətli kredit reytinqini «stabil» proqnozla B3 dərəcəsinə yüksəldib.
Bank VTB Azərbaycanın 20 Dekabr 2017-ci ildə, Unibankın isə 6 Fevral 2017-ci ildə Moody’s tərəfindən reytinq qiymətləndirilməsi dayandırılıb.
Fitch Reytinq Agentliyi
Fitch sonuncu dəfə, 19 İyul 2019-da Azərbaycanın xarici valyutada uzunmüddətli emitentin defolt reytinqini (EDR) “BB+ “ həddində təsdiq edib. Reytinq proqnozu stabil olaraq qalır. Qısamüddətli EDR B səviyyəsində təsdiqini tapıb.
Cari ilin 24 May tarixində Fitch agentliyi Azərbaycan Beynəlxalq Bankının kredit proqnozunu stabildən poziitvə dəyişirək, uzunmüddətli EDR reytinqini “B-” həddində təsdiq edib. Eyni tarixdə «ExpressBank»ın da reytinqi “B” həddində təsdiqlənib. Daha sonra isə 28 May tarixində, Fitch Paşa Bankın uzun/qısamüddətli EDR reytinqini olduğu kimi təsdiqləyərək, reytinq qiymətləndirilməsini dayandırıb. İyul aının 11-də agentlik AFB banka “B/B” həddində, stabil reytinq təyin edib. Bu il Accessbank və Atabank da agentlik ilə əməkdaşlığı dayandırıblar.
Ad |
Cari Reytinq UM EDR/QM İDR |
Öncəki reytinq UM EDR/QM EDR |
Proqnoz |
“B/B” Stabil 11 İyul 2019 |
“B/B” Stabil 11 İyul 2019 |
Stabil |
|
“B+/B” Stabil 28 May 2019 |
“B+/B” Stabil 16 Avqust 2018 |
Stabil, reytinq dayandırılıb |
|
“B-/B” Pozitiv 24 May 2019 |
“B-/B, Qeyri müəyyən 4 İyun 2018 |
Pozitiv |
|
“B/B” Stabil 24 May 2019 |
“B/B” Stabil 24 May 2019 |
Stabil |
|
“C/C” 3 Oktyabr, 2018 |
“C/C” 31 Avqust, 2018 |
Kredit reytinqi dayandırılıb |
|
“CCC/C” 4 İyun 2018 |
“CCC/C” 10 Avqust 2017 |
Kredit reytinqi dayandırılıb |
Azərbaycan banklarının reytinqləri
Banklar |
Moody's |
Fitch |
S&P |
AccessBank |
Yoxdur |
C/dayandırılıb |
Yoxdur |
AFB Bank |
yoxdur |
B |
yoxdur |
AGBank |
yoxdur |
yoxdur |
yoxdur |
Amrahbank |
yoxdur |
yoxdur |
yoxdur |
AtaBank |
yoxdur |
CCC\dayandırılıb |
yoxdur |
Azər Türk Bank |
yoxdur |
yoxdur |
yoxdur |
Azərbaycan Beynəlxalq Bankı |
B1 |
B- |
yoxdur |
Azərbaycan Sənaye Bankı |
yoxdur |
yoxdur |
yoxdur |
Bank Avrasiya |
yoxdur |
yoxdur |
yoxdur |
Bank BTB |
yoxdur |
yoxdur |
yoxdur |
Bank Melli İran Bakı filialı |
yoxdur |
yoxdur |
yoxdur |
Bank of Baku |
Caa3 |
yoxdur |
yoxdur |
Bank Respublika |
B3 |
yoxdur |
yoxdur |
Bank VTB (Azərbaycan) |
yoxdur |
yoxdur |
yoxdur |
Expressbank |
yoxdur |
B |
yoxdur |
Günay Bank |
yoxdur |
yoxdur |
yoxdur |
Kapital Bank |
BB- |
yoxdur |
BB- |
Muğanbank |
yoxdur |
yoxdur |
B- |
Naxçıvanbank |
yoxdur |
yoxdur |
yoxdur |
NBCBank |
yoxdur |
yoxdur |
yoxdur |
Nikoil Bank İKB |
yoxdur |
yoxdur |
yoxdur |
Pakistan Milli Bankı (NBP) Bakı filialı |
yoxdur |
yoxdur |
yoxdur |
PAŞA Bank |
yoxdur |
B+/ dayandırılıb |
BB- |
Rabitəbank |
yoxdur |
yoxdur |
yoxdur |
Premium Bank |
yoxdur |
yoxdur |
yoxdur |
TuranBank |
yoxdur |
yoxdur |
yoxdur |
Unibank KB |
yoxdur |
yoxdur |
yoxdur |
Xalq Bank |
B2 |
yoxdur |
yoxdur |
Yapı Kredi Bank Azərbaycan |
yoxdur |
yoxdur |
yoxdur |
Ziraat Bank Azərbaycan |
yoxdur |
yoxdur |
yoxdur |