Bu ilin üçüncü rübünün sonunda «PAŞA Bank»ın kredit portfelinin həcmi 4 milyard 1,9 milyon manat olub.
«PAŞA Bank» bu il 600 milyon manat böyüyüb – BÖYÜK MƏNFƏƏT AÇIQLADI – HESABAT
FED.az binzes və maliyyə xəbərləri portalı xəbər verir ki, kredit portfeli ilin əvvəlindən bəri 569,9 milyon manat (16,6%) artıb.
Azərbaycan bankları 3-cü rübü belə başa vurdular – MƏNFƏƏT-ZƏRƏR (2026) - TAM SİYAHI
Kredit portfelində istehlak kreditləri 17 milyon manat (25,6%) azalaraq 58,1 milyon manata düşüb. Biznes kreditləri 568,1 milyon manat artaraq 3 milyard 682,5 milyon manata, daşınmaz əmlak kreditləri 18,8 milyon manat (7,8%) artaraq 261,3 milyon manata yüksəlib.
Qeyd edək ki, 2026-ci ilin üçüncü rübünün sonunda «PAŞA Bank»ın cəmi akitvlərinin həcmi 9 milyard 987,1 milyon manat olub. Bu, ilin əvvəlindən bəri 579,8 milyon manat və ya 6,2% artım deməkdir.















