Azərbaycanın ən byöük özəl bankı sayılan «Paşa bank»ın Türkiyədəki törəməsi – «Paşa Yatırım Banka»sı 2020-ci ilin ilk rübünün nəticələrini açıqlayıb.
Eləcə də bax: "PAŞA Bank"ın biznes mərkəzləri bu müddətdə - FƏALİYYƏTİNİ DAYANDIRACAQ
FED.az xəbər verir ki, birinci rübdə «Paşa Bank Türkiyə»nin faiz gəlirləri 24,5% azalaraq 28,2 milyon lirəyə, faiz xərcləri 13,2% azalaraq 10,4 milyon lirəyə düşüb.
Nəticədə bankın xalis faiz gəliri 30%-ə yaxın azalaraq 17,85 milyon lirə olub.
Bankın komissiya haqları, ticarət fəaliyyəti və digər gəlirlərini də nəzərə alanda əməliyyat mənfəəti 23 milyon lirə olub.
Yaradılan ehtiyatlar (1,975 milyon lirə), əmək haqları (4,559 milyon lirə) və digər xərcləri (5,585 milyon lirə) nəzərə alanda «Paşa Bank Türkiyə»nin vergidən əvvəlki mənfəəti 10 894 min lirə, 2 417 min lirə vergi çıxılandan sonra isə xalis mənfəəti 8 477 min lirə təşkil edib.
Bu 2019-cu ilin eyni dövrü ilə müqayisədə 4,3 milyon lirə və ya 33,8% azdır.
FED.az xəbər verir ki, 1-ci rüb ərzində bankın aktivləri 10,15% artaraq 1,7235 milyard lirədən 1,9 milyard lirəyə yüksəlib.
Artım əsasən bankın kreditləri hesabına olub – ilk rübdə kreditlərin məbləği Bankın kreditləri 17%-dən çox artaraq 1,06 milyard lirədən 1,243 milyard lirəyə yüksəlib. «Paşa»nın Türkiyədəki kredit portfelinin əksər hissəsi – 800 milyon lirəsi xarici valyutada – dollardadır.
Amma bu ilin ilk rübündə bankın kredit portfelindəki artım lirə ilə kreditlərdə olub. Başqa sözlə, dolların sürətlə bahalandığı bir dövrdə dollarla kredit götürmək istəyən azdır.
Bundan başqa, bankın 54,3 milyon lirəlik icarədən alacaqları var. «Paşa Bank» Türkiyənin dövlət qiymətli kağızlarına da 52,7 milyon lirə vəsait yatırıb, amma bu yatırımlar xarici valyutada edilib.
Birinci rübün sonunda bankın öhdəlikləri 13,9% artaqaq 1 194 milyon lirədən 1 360 milyon lirəyə yüksəlib. Kapitalı isə 1,6% artaraq 540 milyon lirə olub. Bunun 500 milyon lirəsi səhmdar kapitaldır.