Ölkənin ən iri banklarından olan "PAŞA Bank" ASC bayram günlərində biznes mərkəzlərinin fəaliyyəti ilə bağlı müştərilərinə xəbərdarlıq edib.
FED.az xəbər verir ki, bankın müştərilərinə ünvanladığı məlumatda bildirilir ki, 22-30 may 2020-ci il tarixləri qeyri-iş günü hesab olunduğundan həmin tarixlərdə Bankın Biznes Mərkəzləri xidmət göstərməyəcək.
PAŞA Bank Əlaqə Mərkəzi hər zaman olduğu kimi 7 gün 24 saat ərzində müştərilər üçün fəaliyyət göstərəcək və bu qayda bayram günlərinə də şamil ediləcək.
Əlavə məlumat üçün Bankın Biznes Mərkəzlərinə və ya *8123 / (+99412) 496 50 04 (korporativ müştərilər üçün), *9123 / (+99412) 496 50 00 (fərdi müştərilər üçün) Əlaqə Mərkəzinə müraciət edə bilərsiniz.
PAŞA Bank müştərilərlə uzunmüddətli əməkdaşlığı yüksək qiymətləndirir. Müştəri məmnunluğunun artırılması məqsədi ilə bizimlə bölüşmək istədiyiniz məqamları [email protected] ünvanına elektron məktub yazmaqla çatdıra bilərsiniz.