FED.az Azərbaycanın ən böyük banklarından olan “Paşa Bank”ın gəlir mənbələrini təqdim edir.
"Paşa Bank"ın vəziyyəti - MƏLUM OLDU - HESABAT
2024-cü ilin ikinci rübünün nəticələrinə görə, “Paşa Bank”ın ümumi gəlirləri 378 milyon 139 manat təşkil edib. “Paşa Bank” bu göstəriciyə görə, cəmi iki bankdan – ölkənin ən böyük bankı və bank sektorunun lideri olan Azərbaycan Beynəlxalq Bankından (ABB) və “Paşa Holdinq”dəki həmkarı “Kapital Bank”dan geri qalır.
“Paşa Bank” ölkədə o banklar qrupuna aiddir ki, bank biznesinin bütün istiqamətlərindən gəlir əldə edə bilir. Hesabat dövründə bankın gəlirlərinin ən byöük hissəsi – 131 milyon 16 min manatı və ya 35%-i bankın kredit portfelinin gəlirlərindən formalaşıb.
Komissiya haqlarından isə 79 milyon 28 min manat daxil olub. “Paşa Bank” bu göstəriciyə görə, ölkədə yalnız “Kapitalbank”dan geri qalır.
Daha 20 milyon 166 min manat isə valyuta əməliyyatlarından daxil olub – ümumi gəlirlərin 5%-i.
Bank ikinci rüb ərzində qiymətli kağızlardan 71 milyon manatdan artıq gəlir əldə edib. Bankın bütün gəlirlərinin 18%-i qiymətli kağız bazarından daxil olur. Ümumiyyətlə “Paşa Bank” ölkədə qiymətli kağızlara ən çox yatırım edən banklardan biridir.
Ümumi gəlirlərin təqribən 12%-i və ya 43 milyon manatdan çox bank başqa banklara yerləşdirilən depozit və kreditlərdən daxil olub.
Bütün bunlardan başqa, bankın 33 milyon 50 min manatlıq digər faiz və qeyri-faiz gəlirləri də olub.
Ümumiyətlə, “Paşa Bank”ın gəlirlərinin 66%-i faiz, 34%-i qeyri-faiz gəlirlərindən ibarətdir. Digər gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir.
Min manat |
||
Gəlir mənbələri |
Məbləğlər |
Ümumi gəlir də payı |
Kredit portfeli üzrə faiz gəliri |
131 016 |
35% |
Komissiya haqları |
79 028 |
21% |
Valyuta əməliyyatlarından gəlirlər |
20 166 |
5% |
QK-a investisiyadan gəlir |
71 793 |
18% |
Digər banklara depozitlərdən gəlirlər |
32 880 |
9% |
Digər banklara kreditlərdən gəlirlər |
10 206 |
3% |
Digər faiz gəlirləri |
76 |
1% |
Digər qeyri-faiz gəlirləri |
32 974 |
8% |
|
|
|
CƏMİ GƏLİRLƏR |
378 139 |
100% |