2025-ci ilin yanvarın 1-nə Azərbaycan özəl bankların cəmi kredit portfeli 20 milyard 327 milyon manat təşkil edib.
FED.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq statistik bülletenə istinadən xəbər verir.
Kredit portfeli aylıq müqayisədə 30,8 milyon manat (0,2%), illik müqayisədə 2 milyard 640,2 milyon manat (14,9%) böyüyüb.
Özəl bankların ümumi kreditlərdə payı bu ilin yanvarın 1-nə 69,4%, ötən ilin dekabrın 1-nə 69,8%, yanvarın 1-nı isə 69,4% təşkil edib.
Qeyd edək ki,özəl bankların cəmi kredit portfeli ötən ilin dekabr 1-nə 20 milyard 296,2 milyon manatın, yanvarın 1-nə 17 milyard 686,8 milyon manat təşkil edib.