2024-cü ilin sentyabrın 1-nə Azərbaycan banklarının istehlak kredit portfeli 7 milyard 978,8 milyon manat təşkil edib.
FED.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq statistik bülletenə istinadən xəbər verir.
Kredit portfeli aylıq müqayisədə 213,7 milyon manat (2,8%), ötən ilin sonu ilə müqayisədə 1 milyard 41,8 milyon manat (15%), illik müqayisədə 1 milyard 446,3 milyon manat (22,1%) böyüyüb.
Qeyd edək ki, istehlak kredit portfeli bu ilin avqustun 1-nə 7 milyard 765,1 milyon manatın, yanvarın 1-nə 6 milyard 937 milyon manat, ötən ilin eyni dövrünə 6 milyard 532,5 milyon manat təşkil edib.