2023-cü ildə Azərbaycan bankları 1 milyard 76 milyon 415 min manat xalis əməliyyat mənfəəti əldə edib.
FED.az bu barədə Bankların illik maliyyə hesabatlarını hesablayaraq bu nəticəyə gəlir.
Ən yüksək xalis mənfəəti əldə edən bank isə ölkənin nəhəng bankı olan “Azərbaycan Beynəlxalq Bankı” olub – 491 milyon 303 min manat.
“Kapital Bank”ın xalis əməliyyat mənfəəti isə 420 milyon 775 min manat təşkil edib.
“Paşa Bank” isə ötən il 304 milyon 928 min manat xalis əməliyyat mənfəəti əldə edib.
“Unibank”ın xalis əməliyyat mənfəəti 82 milyon 245 min manat, “Xalq Bank”ınkı isə 77 milyon 537 min manat olub.
Ən az mənfəət əldə edən bank isə “Bank Melli İran” Bakı filialı olub – 1 milyon 100 min manat.