Ötən ilin sonunda “Naxçıvanbank”da əhalinin əmanətlərin həcmi 3 milyon 248 min manat olub.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
“Naxçıvanbank”da əhali tərəfindən yerləşdirilmiş əmanətlərin 2 milyon 970 min manatı tələbli, 278 min manatı isə müddətli depozitlər olub.
İllik müqayisədə fiziki şəxslərin depozitləri 7 milyon 130 min manat və ya 3,2 dəfə azalıb.
2022-ci ildə bankı fiziki şəxslərin depozitləri və tələbli depozitləri 10 milyon 378 min manat təşkil edib.