2023-cü il ərzində mikro, kiçik və orta sahibkarların kreditləşməsi artan templə davam edib.
FED.az bu barədə Mərkəzi Bankın Maliyyə Sabitliyi hesabatına istinadən xəbər verir.
Belə ki, 2022- ci ilin sonu ilə müqayisədə MKOS subyektlərinə verilən kreditlərin həcmi 11% (0.7 mlrd. manat) artaraq 6.4 mlrd. manata çatıb.
MKOS subyektləri üzrə standartların yumşaldılması MKOS subyektləri üzrə verilən kreditlərin artmasına səbəb olan əsas amillərdən biri olub. Banklar arasında həyata keçirilən kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələrində 2023-cü ildə MKOS subyektlərinə verilən kreditlərdə standartların yumşaldığı və borcalanlar tərəfindən MKOS kreditlərinə tələbin artdığı müşahidə edilməkdədir