2023-cü ilin sonunda biznes portfelinin genişlənməsi davam edib.
FED.az bu barədə Mərkəzi Bankın Maliyyə Sabitliyi hesabatına istinadən xəbər verir.
Biznes kreditləri cəmi portfelin 54%-ni təşkil edib.
Biznes portfelinin artımında əsas qüvvə ticarət, nəqliyyat və sənaye sektorları olub ki, 2022-ci ilin sonu ilə müqayisədə bu sahələr müvafiq olaraq 28% (798 mln. manat), 73% (539 mln. manat) və 21% (406 mln. manat) artıb.
Belə ki, qeyd olunan bu üç sahə üzrə artım biznes portfeli üzrə cəmi artımın 84%-ni təşkil edib.
Biznes portfelində kənd təsərrüfatı sahəsinə verilmiş kreditlərin payı əvvəlki illərlə müqayisədə artım trendli olmuş və 2023-cü ilin sonuna 12%-ə çatıb.
Son 3 ildə isə banklar tərəfindən kənd təsərrüfatına verilmiş kreditlər 580 mln. manat artıb.