Fiziki şəxslər üzrə depozit portfelinin dollarlaşması son illərin ən aşağı səviyyəsindədir.
FED.az bu barədə Mərkəzi Bankın Maliyyə Sabitliyi hesabatına istinadən xəbər verir.
Ötən il ərzində fiziki şəxslərin depozitləri üzrə dollarlaşma 5.8 f.b. azalaraq 34%-ə enmişdir. Manatın sabitliyi və milli valyutada depozit faiz dərəcələrinin yüksək olması fiziki şəxslərin milli valyutada müddətli depozitlərinin artımını şərtləndirir