Ötən il milli valyutaya inamın artması fonunda sektorda depozitlərin dollarlaşmasında azalma müşahidə edilib.
FED.az bu barədə Mərkəzi Bankın Maliyyə Sabitliyi hesabatına istinadən xəbər verir.
Belə ki, il ərzində cəmi depozit portfelinin dollarlaşması 8.6 f.b azalaraq 38.4%, fiziki şəxslərin depozitlərinin dollarlaşma səviyyəsi 5.8 f.b. azalaraq 34%, hüquqi şəxslərin depozitlərinin dollarlaşması 10 f.b azalaraq 41% təşkil edib.
İqtisadiyyatda şəffaflığın artması və əhalinin milli valyutaya olan inamının yüksəlməsi fonunda bank sektorunda fiziki şəxslərin həm müddətli, həm də tələbli depozitləri üzrə dollarlaşmanın azalması müşahidə edilir.
Belə ki, fiziki şəxslərin müddətli depozitlərinin dollarlaşması 4.7 f.b azalaraq 34.3%, fiziki şəxslərin tələbli depozitlərinin dollarlaşması isə 7.2 f.b azalaraq 33.5% olub.