2023-cü ildə Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən depozitlər üzrə 596 milyon manat, o cümlədən müddətli depozitlər üzrə 459 milyon manat faiz ödənilib.
FED.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Aylıq müqayisədə bankların depozitlər üzrə xərcləri 59,5 milyon manat (11,1%), 2022-ci illə müqayisədə 137 milyon (29,8%) manat artıb.
Müddətli depozitlər üzrə xərclər isə aylıq müqayisədə 49,1 milyon manat (10,9%), illik müqayisədə 80,8 milyon manat (19,3%) artıb.
Ötən ilin yanvar noyabr aylarında banklar tərəfindən depozitlər üzrə 536,5 milyon manat, cümlədən müddətli depozitlər üzrə 450,4 milyon manat faiz ödənilmişdi.
2022-ci ildə Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən depozitlər üzrə 459 milyon manat, cümlədən müddətli depozitlər üzrə 418,7 milyon manat faiz ödənilmişdi.