2023-cü ildə Azərbaycan banklarının kreditlər üzrə faiz gəlirləri 2 milyard 578 millyon manat təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Gəlirlər aylıq müqayisədə 237,2 milyon manat (10,2%), illik müqayisədə 379,4 milyon manat (17,3%) artıb.
Belə ki, ötən ilin yanvar-noyabr aylarında bankların kreditlərdən əldə etdikləri faiz gəlirləri 2 milyard 336,6 millyon manat, 2022-ci ilin sonunda 2 milyard 194,4 milyon manat təşkil edib.