2023-cü ildə Azərbaycan banklarının xalis mənfəəti 1 milyard 76,4 millyon manat təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Xalis mənfəət aylıq müqayisədə 79 milyon manat (7,9%), illik müqayisədə 161,9 milyon manat (17,7%) artıb.
Belə ki, ötən ilin yanvar-noyabr aylarında bankların xalis mənfəəti 997,4 millyon manat, 2022-ci ilin sonunda 914,5 milyon manat təşkil edib.
Bundan başqa 1 milyard 641.2 milyon manat məbləğində əməliyyat mənfəəti əldə etmişlər. 2023-cü il ərzində banklar tərəfindən ümumilikdə 308.2 milyon manat məbləğində mənfəət vergisi ödənilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 18% və ya 46.7 milyon manat daha çoxdur.