Hesabat ayında da bank sektorunda çalışanların sayında artım trendi davam etmişdir.
Azərbaycanın bank sektorunda son vəziyyət - AÇIQLANDI
FED.az biznes və maliyyə xəbərləri Banker.az-a istinadən xəbər verir ki, bu barədə AMB məlumat verir.
Aprel ayında bank əməkdaşlarının sayı 0.4% və ya 94 nəfər artaraq 23.258 nəfər təşkil
etmişdir.
Ötən ilin aprelində bank işçilərinin sayı 21.227 nəfər olub ki, bu da illik müqayisədə 2 031 nəfər və ya 10% artım deməkdir.