Azərbaycanda bank kreditlərinə çıxış çətinləşir.
Azərbaycanda KOB İnvestisiya Fondu yaradılır – İSLAM BANKI DA PAYÇI OLA BİLƏR
FED.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov Tviter hesabında bildirib.
"KOBİA-ya daxil olan müraciətlər arasında kreditlərə çıxış məsələləri üstünlük təşkil edir. Şirkətlərin müraciətləri cavablandırılmır və yaxud onlar yüksək kredit xərcləri çəkirlər. Banklar istehsalat, məşğulluq və sərmayə məsələlərində həssas və konstruktiv olmalıdır”, - deyə o qeyd edib.