Azərbaycanın bank sektorunda orta sahibkarlığa kreditləşmə sürətlə artır. Bu ilin oktyabrın 1-nə orta biznesə yönələn kreditlərin həcmi 2 milyard 250,2 milyon manata çataraq yeni rekorda imza atıb.
FED.az Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, bu, bütün biznes seqmentləri arasında ən yüksək artım tempidir. Ötən ilin eyni dövrü ilə müqayisədə orta biznesə kreditlər 500 milyon manat və ya 28,6% artıb.
Belə ki, ötən ilin oktyabrın 1-də bu seqmentə 1 milyard 750,2 milyon manat kredit verilmişdi.
Artım bütün dövrlərdə davam edib. Ötən ilin sonuna (1 mlrd. 834 mln. manat) nəzərən portfel 416,2 milyon manat (22,7%) böyüyüb. Təkcə son bir ayda isə (sentyabra nəzərən) 113,1 milyon manatlıq (5,3%) kəskin artım qeydə alınıb.
Xatırladaq ki, orta sahibkarlığa verilən kreditlər ötən ilin eyni dövründə 1 milyard 750,2 milyon manat, ötən ilin sonunda 1 milyard 834 milyon manat, bu ilin sentyabrın 1-də isə 2 milyard 137,1 milyon manat idi.













