Azərbaycan banklarının kredit portfelinin ən böyük hissəsini təşkil edən iri sahibkarlığa yönələn kreditlərin həcmində azalma müşahidə olunur. Bu ilin oktyabrın 1-nə iri biznesə verilən kreditlərin ümumi məbləği 8 milyard 256,4 milyon manat təşkil edib.
FED.az Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 222,6 milyon manat (2,8%) artım olsa da, ilin əvvəlindən bəri portfeldə geriləmə var.
Belə ki, ötən ilin sonuna (8 mlrd. 297,3 mln. manat) nəzərən iri biznesə kredit qoyuluşu 40,9 milyon manat (0,5%) azalıb. Həmçinin son bir ayda (sentyabra nəzərən) da 278,3 milyon manatlıq (3,3%) artım qeydə alınıb.
Xatırladaq ki, iri sahibkarlığa verilən kreditlər ötən ilin eyni dövründə 8 milyard 33,8 milyon manat, ötən ilin sonunda 8 milyard 297,3 milyon manat, bu ilin sentyabrın 1-də isə 8 milyard 34,7 milyon manat təşkil edirdi.














