Bağlanan banklarda biznesin cəmi 18 milyon manat vəsait qalıb.
FED.az xəbər verir ki, bu barədə AMB sədri Elman Rüstəmov Real TV-yə müsahibəsində bildirib. Onun sözlərinə görə, həmin vəsaitlərin bir hissəsi bank sahiblərinin pulu olub: «Bu pulun bir hissəsi də əlaqəli şəxslərin, yəni bankların öz sahiblərinin öz pullarıdır. Yəqin ki, o biznesin qayğısına özləri qalmalırdırlar»
Baş bankir bildirib ki, qanunvericilikdə göstərilən prosedura əsasən, bankların aktivləri əmanətlərin sığortalanması fonduna ötürüləcək: «Bu aktivlər satılacaq və vəsaitlər növbəlilik üsulu ilə bölünəcək. Bu fondda aktivlər realşıdıqdan sonra biznes növbə ilə bu pulları almaq imkanına malik olacaq. İndiki qanunvericiliuk budur və biz də dövlət quruma olaraq qanunvericiliyə əsasən işləyirik».
Bununla yanaşı, E.Rüstəmovun sözlərinə görə. "Atabank"dakı vəziyyəti hamı bilirdi və biznes buradakı vəziyyəti bildiyinə görə, pullarını buradan çıxarırılar: «Belə praktiki vardır ki, bizneslər təkcə bir bankla deyil, bir neçə banklarda hesab açırlar. Artıq onların dövriyyələri digər bankda toplanır və oradan idarə olunur və maaşları da oradan verirdilər».