Milli Ödəniş Sistemi (MÖS) vasitəsilə 2019-cu ilin 11 ayında həyata keçirilən ödənişlərin sayı 41% artıb, ödənişlərin həcmi ÜDM-in 3,3 mislini təşkil edib.
FED.az Mərkəzi Bankın bəyanatına istinadən xəbər verir ki, büdcə ödənişləri və kütləvi xidmətlər üzrə ödənişlərin mərkəzləşdirilmiş qaydada toplanılması üçün yaradılmış "Hökumət Ödəniş Portalı”nın (HÖP) imkanlarının genişləndirilməsi davam etdirilib.
Eləcə də bax:Azərbaycanda 42 min nəfər kredit alanın – BORCU TAM BAĞLANIB
Hazırda bu infrastruktura 12 mərkəzi icra hakimiyyəti orqanı, 4 kommunal xidməti müəssisəsi, 5 stasionar və mobil rabitə operatoru, 106 məhkəmə orqanı, 18 sığorta şirkəti, 1438 bələdiyyə orqanı və digər sosial əhəmiyyətli qurumlar inteqrasiya olunub. Bu gün HÖP-ə inteqrasiya olunmuş qurumlar üzrə 550-dən çox xidmət üzrə ödənişlərin toplanılması təmin olunur. Bu xidmətlər üzrə ödənişlər 30 bank və "Azərpoçt” MMC-nin 2500-dən çox filial və şöbələrində, 1300-ə yaxın ödəniş terminalında nağd və nağdsız formada aparıla bilər. Cari ildə portalda emal olunan əməliyyatların sayı 24%, həcmi isə 27% artıb.