Azərbaycanda fəaliyyət göstərən 26 bank ötən ili 609 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da onların bu il yanvarın 1-nə malik olduqları 4 611,838 milyon manat məbləğində nizamnamə kapitalının 13,2%-i qədərdir.
Eləcə də bax: Aktivlərindən ən yaxşı istifadə edən banklar - SİYAHI-CƏDVƏL
FED.az xəbər verir ki, ayrı banklarda isə sözügedən nisbət fərqlidir. Belə ki, 2021-ci ildən mənfəətlə çıxmış 23 bank arasında nizamnamə kapitalından ən yaxşı istifadə edəni "Kapital Bank" ASC olub. Bu bankın əldə etdiyi mənfəət kapitalının 73,2%-ni təşkil edib. Baxmayaraq ki, "Kapital Bank" kapitalının məbləğinə görə ölkədə 7-cidir.
Fəaliyyət effektivliyinə görə, 2-ci yeri isə “Bank of Baku” ASC tutub. Bu bank ötən il nizamnamə kapitalının 43,6%-i qədər mənfəət əldə edib. Bu arada, "Bank of Baku" kapitalının məbləğinə görə, 26 bank arasında 22-ci yerdə qərarlaşıb.
3-cü yerə isə “Bank Respublika" ASC sahib çıxıb. Bu bankın illik mənfəəti nizamnamə kapitalının 26,6%-i qədər olub. Halbuki, "Bank Respublika" kapitalının məbləğinə görə, banklar arasında 16-cıdır.
Mənfəətlə işləyən qalan 20 bankdan isə 4-də sözügedən göstərici 13-26% arasında, 12 bankda 1-8% arasında, 4 bankda isə 0-1% arasında dəyişir.
№ |
Bankın adı |
Bankın illik mənfəətinin /zərərinin nizamnamə kapitalına nisbəti |
1 |
Kapital Bank |
73,2% |
2 |
Bank of Baku |
43,6% |
3 |
Bank Respublika |
26,6% |
4 |
PAŞA Bank |
25,4% |
5 |
Azərbaycan Beynəlxalq Bankı |
16,8% |
6 |
Zıraat Bank Azərbaycan |
14,1% |
7 |
AFB Bank |
13,2% |
8 |
Xalq Bank |
7,5% |
9 |
Naxçıvan Bank |
7,0% |
10 |
Express Bank |
6,8% |
11 |
Azərbaycan Sənaye Bankı |
3,7% |
12 |
Unibank |
3,6% |
13 |
Yelo Bank |
3,1% |
14 |
Rabitəbank |
2,7% |
15 |
Bank Avrasiya |
1,6% |
16 |
Muğan Bank |
1,4% |
17 |
Bank VTB Azərbaycan |
1,3% |
18 |
Premium Bank |
1,3% |
19 |
Azər-Türk Bank |
1,1% |
20 |
Bank BTB |
0,8% |
21 |
Turan Bank |
0,8% |
22 |
Günay Bank |
0,6% |
23 |
Access Bank |
0,4% |
24 |
Yapı Kredi Bank Azərbaycan |
-1,7% |
25 |
İran Milli Bankı - Bakı |
-2,7% |
26 |
Pakistan Milli Bankı - Bakı |
-4,3% |
(Renkinq)