Mayın 12-nə qədər Azərbaycanda fəaliyyət göstərən 28 bank bu ilin I rübünü 167,7 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da onların bu il aprelin 1-nə malik olduqları 4 milyard 625,6 milyon manat məbləğində nizamnamə kapitalının 3,6%-i qədərdir.
Eləcə də bax: Azərbaycanda 5 bankın nizamnamə kapitalı - 300 MİLYON MANATDAN ÇOXDUR
FED.az xəbər verir ki, ayrı banklarda isə sözügedən nisbət fərqlidir. Belə ki, yanvar-mart aylarından mənfəətlə çıxmış 22 bank arasında nizamnamə kapitalından ən yaxşı istifadə edəni "Kapital Bank" ASC olub. Bu bankın əldə etdiyi mənfəət kapitalının 33,2%-ni təşkil edib. Baxmayaraq ki, "Kapital Bank" kapitalının məbləğinə görə Azərbaycanda 7-cidir.
Fəaliyyət effektivliyinə görə, 2-cü yeri isə "Premium Bank" ASC tutub. Bu bank ötən rüb nizamnamə kapitalının 5,8%-i qədər mənfəət əldə edib. Bu arada, "Premium Bank" kapitalının məbləğinə görə, 28 bank arasında 10-cu yerdə qərarlaşıb.
Mənfəətinin nizamnamə kapitalına nisbətinə görə 3-cü yerə isə 5,2%-lik göstərici ilə "Express Bank" ASC sahib olub. Xatırladaq ki, bu bank kapitalının məbləğinə görə, ölkədə 9-cudur.
Mənfəətlə işləyən qalan 19 bankdan 14-də sözügedən göstərici 1-5% arasında, 5 bankda isə 1%-dən azdır.
|
№
|
Bankın adı |
Bankın rüblük mənfəətinin / zərərinin nizamnamə kapitalına nisbəti |
|
1 |
Kapital Bank |
33,2% |
|
2 |
Premium Bank |
5,8% |
|
3 |
Express Bank |
5,2% |
|
4 |
Unibank |
5,0% |
|
5 |
Azərbaycan Beynəlxalq Bankı |
4,1% |
|
6 |
Bank Respublika |
3,9% |
|
7 |
Azərbaycan Sənaye Bankı |
3,7% |
|
8 |
Bank of Baku |
3,7% |
|
9 |
AFB Bank |
3,6% |
|
10 |
Naxçıvan Bank |
2,8% |
|
11 |
Xalq Bank |
2,5% |
|
12 |
Günay Bank |
1,7% |
|
13 |
Zıraat Bank Azərbaycan |
1,2% |
|
14 |
Bank BTB |
1,1% |
|
15 |
Rabitəbank |
1,1% |
|
16 |
PAŞA Bank |
1,0% |
|
17 |
Access Bank |
1,0% |
|
18 |
Turan Bank |
0,9% |
|
19 |
Azər-Türk Bank |
0,8% |
|
20 |
Bank VTB Azərbaycan |
0,4% |
|
21 |
İran Milli Bankı - Bakı |
0,3% |
|
22 |
Bank Avrasiya |
0,3% |
|
23 |
NBC Bank |
-0,5% |
|
24 |
AGBank |
-1,0% |
|
25 |
Yapı Kredi Bank Azərbaycan |
-1,2% |
|
26 |
Muğan Bank |
-1,3% |
|
27 |
Pakistan Milli Bankı - Bakı |
-1,4% |
|
28 |
Yelo Bank |
-1,8% |
Renkinq













