Mayın 12-nə qədər Azərbaycanda fəaliyyət göstərən 28 bankdan 5-nin bu il aprelin 1-nə nizamnamə kapitalı 300 milyon manatdan çox olub.
Eləcə də bax: Azərbaycanda 7 bankın balans kapitalı - 100 MİLYON MANATDAN ÇOXDUR
FED.az xəbər verir ki, bunlar "Azərbaycan Beynəlxalq Bankı" (1 241,287 milyon manat), "Xalq Bank" (364,773 milyon manat), "Yelo Bank" (348 milyon manat), "PAŞA Bank" (333 milyon manat) və "Bank VTB Azərbaycan"dır (315,815 milyon manat).
Nizamnamə kapitalının məbləği 2 bankda 200-300 milyon manat arasında, 6 bankda isə 100-200 milyon manat arasında, 11 bankda 50-100 milyon manat arasında, 3 bankda 50 milyon manat, 1 bankda isə 50 milyon manatdan azdır. (Renkinq)