2025-ci ilin aprelin 1-nə Azərbaycan banklarının nəqliyyat sahəsinə verilmiş biznes kredit portfeli 1 milyard 478,2 milyon manat təşkil edib.
FED.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq statistik bülletenə istinadən xəbər verir.
Kredit portfeli aylıq müqayisədə 2,3 milyon manat (0,2%), ötən ilin sonu ilə müqayisədə 17,1 milyon manat (1,2%) , illik müqayisədə 202,5 milyon manat (15,9%) böyüyüb.
Qeyd edək ki, bu sahə üzrə banklar tərəfindən verilmiş kreditlərin məbləği bu ilin martın 1-nə 1 milyard 475,9 milyon manat, yanvarın 1-nə 1 milyard 461,1 milyon manat, ötən ilin eyni dövrünə 1 milyard 275,7 milyon manat təşkil edib.