Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbəri Zakir Nuriyev Naxçıvanda yeni bank filiallarının açılması məsələsini şərh edib.
Eləcə də bax: Bank əmanətlərində dollarlaşma səviyyəsi - 40%-DƏN AŞAĞI DÜŞÜB
FED.az xəbər verir ki, Zakir Nuriyev bildirib ki, qarşıdakı dövrdə əsas məqsəd bankların fiziki məkandan daha çox digital şəkildə xidmət göstərməsidir. Lakin bununla belə bank xidmətlərinin fiziki məkanlarda fəaliyyəti bir müddət davam edəcək.
"Şübhəsiz ki, Naxçıvan bizim ən önəmli bölgələrimizdən biridir. Hazırda həm Qarabağ bölgəsində bank filialarının açılması həyata keçirilir, xüsusilə də Şuşada və digər yerlərdə məsafədən xidmət göstərilməsi ilə əlaqədar işlər görülür. Eyni zamanda, Naxçıvan Muxtar Respublikasının ərazisində bir neçə bankın filialları açılıb. Bu proses digər banklar tərəfindən məsafədən elektron olaraq daha da gücləndiriləcək. İqtisadi aktivlik artdıqca bankların bölgələrdə göstərdikləri xidmətlər də artır", - deyə ABA sədri əlavə edib.
Qeyd edək ki, hazırda Naxçıvanda "Naxçıvan Bank"la yanaşı, dörd bankın filialı fəaliyyət göstərir. Bir neçə bank isə muxtar respublikada filial açmağı planlaşdırır. (Apa)