Son 1 il ərzində Azərbaycanda bankların aktivləri 26% artaraq 43,6 milyard manata çatıb.
Eləcə də bax: Azərbaycanda bankların xalis mənfəəti 700 mln. manata - YAXINLAŞIR
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev bu gün Bakıda keçirilən 4-cü Beynəlxalq Bank Forumunda (İBF-2022) çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, son bir ildə bankların kredit portfeli 23% artaraq 19,2 milyard manata, o cümlədən biznes kreditləri 20% artaraq 10,8 milyard manata çatıb.
ABA sədrinin sözlərinə görə, əhalinin banklardakı əmanətləri indiyədək ən böyük sürətlə araraq 27% artaraq 11 milyard manata çatıb. Əmanətlərin dollarlaşma səviyyəsi isə 39,8% təşkil edib ki, bu da ötən dövrdə müqayisədə 4,4% aşağıdır: «Bundan başqa, hazırda dollarlaşma səviyyəsi ilin əvvəlindəki depozit bazasında dollarlaşma həddindən 10 bənd aşağıdır».
Zakir Nuriyev bildirib ki, bankların balans kapitalı 10% artaraq 5,3 milyard manata çatıb.