“Naxçıvanbank” 2020-ci ili II rübü üzrə maliyyə vəziyyəti haqqında hesabatı açıqlayıb.
Eləcə də bax: "Xalq Bank"ın vəziyyəti məlum oldu - HESABAT
FED.az xəbər verir ki, bank II rübdə faiz gəlirləri 5 milyon 651 min manat, faiz xərcləri 356 min manat olub. Ötən ilin eyni dövrü ilə müqayisədə faiz gəlirləri 72,2%, faiz xərci isə 45,7% artıb.
“Naxçıvanbank”ın II rübdə xalis faiz gəliri 5 milyon 294 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5 milyon 764 min manat və ya 39,3% çoxdur.
Bankın 2020-ci ilin ilk 6 ayında qeyri-faiz gəlirləri 2 milyon 378 min manat, qeyri-faiz xərcləri 2 milyon 242 min manat olub. Ötən ilin eyni dövrü ilə müqayisədə bankın qeyri-faiz gəlirləri 41,2%, qeyri-faiz xərcləri 18,4% artıb. Faiz gəlirlərindəki təqribən 700 min manatlıq artımın 382 min manatı hesablara xidmət və komissiya haqlarının (1189 min manatdan 1571 min manata yüksəlib), 309 min manatı isə xarici valyuta ilə əməliyyatların (477 min manatdan 786 min manata yüksəlib).
Bank 2020-ci ilin ilk yarım ilini 5 milyon 430 min manat əməliyyat mənfəəti ilə başa vurub. Bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 92% artıqdır.
Bu məbləğin 640 min manatı aktivlər üzrə mümkün zərərlər üçün xüsusi ehtiyata ayrılıb.
Nəticədə «Naxçıvanbank» 2020-ci ili II rübünü 4 milyon 790 min manat xalis mənfəət ilə başa vurub. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 2,15 dəfə artıqdır. Ötən il bankın xalis mənfəəti 2 223 min manat olmuşdu.
İkinci rübün sonuna «Naxçıvanbank»ın cəmi aktivləri 241 milyon 859 min manat olub, bu - ilin əvvəli ilə müqaysədə 9, milyon manat və ya 4,2% azdır. Qeyd edək ki, bankın aktivləri ilin əvvəlində 232 milyon manat, birinci rübün sonunda 228,2 milyon manat, ikinci rübün sonunda isə 241,9 milyon manat olub. Başqa sözlə, birinci rübdə müşahidə edilən azalma, artımla əvəz edilib.
İlk yarım ildə bankın kredit portfeli cəmi 3,1 milyon manat artaraq 105 milyon 57 min manata yüksəlib.
Bu dövrdə bankın öhdəlikləri 11,1 milyon manat və ya 7,8% artaraq 153 milyon 201 min manat olub. Öhdəliklərin artımının 7,7 milyon manatı depozitlərin artımı ilə bağlıdır.
Bankın kapitalı isə ilin əvvəlindən indiyədək 2,6 milyon manat və ya 3% artaraq 88 milyon 658 min manat olub.