“Naxçıvan Bank” ASC 2023-cü ilin son rübünün hesabatını açıqlayıb.
FED.az bankın hesabatına istinadən xəbər verir ki, bankın faiz gəlirləri 23 milyon 715 min manat təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon 884 min manat, yaxud 13,8% çoxdur.
Faiz xərcləri 2 milyon 70 min manat təşkil edib edib ki, bu da son bir ildə 1 milyon 95 min manat, başqa sözlə 2,1 dəfə çoxdur.
Beləliklə, bankın xalis faiz gəlirləri cari ilin IV rübündə 21 milyon 644 min manat olub. Bu da illik müqayisə ilə 1 milyon 874 min manat və ya 9,4% çoxdur.
Bankın qeyri faiz gəlirləri 4 milyon 368 min manat, qeyri faiz xərcləri 10 milyon 882 min manat təşkil edib. Gəlirlər son bir ildə 1 milyon 903 min manat və ya 30,3% azalıb, xərclər isə 1 milyon 966 min manat 22,1% artıb.
Bankın əməliyyat mənfəəti isə 15 milyon 130 min manat olub. Bu da illik müqayisə ilə2 milyon manata yaxın (11,7%) azalma deməkdir.
“Naxçıvan Bank” 3 milyon 535 min manat mənfəət vergisi ödədikdən sonra 2023-cü ili 13 milyon 130 min manat xalis mənfəətlə başa vurub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu rəqəm 76 min manat (0,6%) çoxdur.
“Naxçıvan Bank” ASC-nın aktivləri ötən ilin sonunda 206 milyon 208 min manat olub. Aktivlər 2022-ci ilin ilin sonu ilə müqayisədə 140 milyon 254 min manat, yaxud 40,5% azalıb.
Bankın əsas gəlir mənbəyi olan kredit portfeli 130 milyon 719 min manat olub. Ötən ilin sonu illə müqayisədə kredit portfelinin həcmi 42 milyon 904 min manat yəni 24,7% azalıb.
Bankın öhdəlikləri təxminən 144 milyon 255 min manat olub ki, bu son bir illə müqayisədə 90 milyon manat, yaxud 38,4% azalma deməkdir.
“Naxçıvan Bankın” depozit portfeli IV rübdə 63 milyon 419 min manat təşkil edib. Bu da əvvəlki illə müqayisədə 92 milyon manat, yaxud 2,5 dəfə azdır.
“Naxçıvan Bank”in kapitalı 50 milyon 234 min manat, yaxud 44,8% azalaraq 61 milyon 954 min manata düşüb.
Bankın bölüşdürülməmiş mənfəətinin həcmi isə 13 milyon 130 min manat olub. Ötən ilin sonunda isə bank 13 milyon 54 min manat mənfəət əldə etmişdi ki, bu da 0,6%-lik artım deməkdir.