“Naxçıvanbank” ASC-nin Müşahidə Şurasında dəyişikliklər baş verib.
Şirkətlər pullarının bir hissəsini «Naxçıvanbank»dan çıxarıblar - VƏZİYYƏTİ MƏLUM OLDU – HESABAT
FED.az Banker.az-a istinadən xəbər verir ki, səhmdarların qərarı ilə, Baharxanım Talıbova Vasif qızı və Rifat Mahmudov Nazim oğlu Müşahidə Şuarasındakı üzvlükdən çıxarılıb.
Müşahidə Şurasınının sədri olan Əsədulla İsgəndərov Fikrət oğlu vəzifəsindən azad edilərək üzv təyin edilib.
Novruzov Binnət Yasin oğlu Müşahidə Şurasına sədr, Rüfət Məmmədov Əhədağa oğlu isə üzv təyin ediliblər.
Xatırladaq ki, “Naxçıvanbank” 2008-ci ildə yaradılıb, ölkənin yeganə regional bankıdır. Onun nizamnamə kapitalı 82.43 milyon manatdır. Bankın səhmdarları 4 fiziki şəxsdir.