“Naxçıvanbank”nın maliyyə vəziyyəti məlum olub.
FED.az bankın hesabatına istinadən xəbər verir ki, 2019-cu ilin sonuncu rübündə bankın xalis mənfəəti 5 milyon 179 min manat təşkil edib. Bu göstərici 2018-ci illə müqayisədə 250 min manat və ya 4,6 azdır. 2018-ci ildə bankın xalis mənfəəti 5 milyon 429 min manat təşkil edib.
Eləcə də bax: «NBC Bank»ın ən problemli kreditləri - LƏNKƏRANDADIR - RƏQƏMLƏR
Bankın 2018-ci illlə müqayisədə 2019-cu ildə faiz gəlirləri 7 milyon 969 min manat (898 min manat və ya 12,70%) çox, faiz xərcləri 537 min manat olub. Halbuki 2018-c il bank faiz xərclərində 433 min manat zərər etmişdi. Bankın qeyri-faiz gəlirləri 4 milyon 245 min manat təşkil edib ki, bu da 2018-ci illə müqayisədə 2 milyon 020 min manat və ya 2 dəfəyə yaxın çoxdur. Bankın qeyri-faiz xərcləri isə 4 milyon 099 min manat təşkil edib. 2018-ci ildə bank qeyri-faiz xərclərində 1 milyon 225 min manat zərər edib.
Bankın sonda 7 milyon 578 min manatlıq əməliyyat mənfəəti yaranıb ki, bu məbləğdən də 1 milyon 060 min manatını aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırıb.
Bankın cəmi aktivləri 2019-cu ildə 232 milyon 022 min manat təşkil edib. Bu göstərici 2018-ci illə müqayisədə 4 milyon 268 min manat və ya 22,5% çoxdur. 2018-ci ildə bankın aktivləri 189 milyon 343 min manat olub.
“Naxçıvanbank” 2019-cu ildə müştərilərinə aktivlərindən 92 milyon 447 min manat kredit verib. Bu 2018-ci illə müqayisədə 29 milyon 195 min manat və ya 46,1% çoxdur. Belə ki, 2018-ci ildə bank müştərilərinə 63 milyon 252 min manat kredit vermişdi.
2019-cu il 4-cü rübün maliyyə nəticələrinə görə, “Naxçıvanbank”ın öhdəlikləri 148 milyon 517 min manat təşkil edib. Bu göstərici 2018-ci illə müqayisədə 36 milyon 596 min manat və ya 32,7% çoxdur.
Bankın cəmi kapitalı 2019-cu ildə 83 milyon 506 min manat təşkil edib. Bu 2018-ci illə müqayisədə 6 milyon 084 min manat və ya 7,8% çoxdur.