«NBC Bank»ın Azərbaycanın bölgələri üzrə kredit portfeli məlum olub.
FED.az xəbər verir ki, Bank Bakıdan sonra ən çox krediti Sumqayıtda verib. Lakin ən çox vaxtı keçmiş kredit Lənkərandadır.
Eləcə də bax: “NBC Bank”ın kimlərə kredit verdiyi – MƏLUM OLUB
FED.az xəbər verir ki, bankın 2019-cu ilin 4-cü oübü üzrə hesabağında bildirilir ki, iliq sonuna NBC Bankın kredit portfeli 252 milyon 598 min manatdır.
Bankın verdiyi kreditlərin 239 milyon 441 min manatı Bakının payına düşüb. Bu da ümumi kreditlərin 95%-i deməkdir.
Yuxarıda qeyd olunduğu kimi, bank Bakıdan sonra ən böyük krediti Sumqayıtda verib. Sumqayıtda 5 milyon 446 min manat kredit verilib ki, bunun da 404 min manatının və ya 7,4%nin vaxtı keçib.
Sumqayıtdan sonra ən çox kredit Gəncə şəhərindədir. Gəncədə 4 milyon 920 min manat kredit verilib ki, bunun da 394 min manatanın və ya 8%-nin vaxtı keçib.
Bank Lənkərənda 1 milyon 657 min manat kredit verib, bu məbləğin 215 min manatının və ya 12,9%-nin vaxtı keçib. Şəkidə verilən 1 milyon 134 min manat kreditin isə 104 min manatının və ya 9,1%-nin vaxtı keçib.
Məlumat üçün bildirək ki, ümumilikdə bankın verdiyi kreditlərin 9 milyon 048 min manatının və ya 3,58%-nin vaxtı keçib.
2018-ci illə müqayisədə 2019-cu ildə bankın vaxtı keçmiş kreditlərinin məbləği 2 milyon 109 min manat və ya 18,9% azalıb. Belə ki, 2018-ci ildə bankın vaxtı keçmiş kreditlərinin məbləği 11 milyon 157 min manat təşkil etmişdi.