"Kapital Bank” ASC “Naxçıvanbank” ASC-nin kredit portfelinin böyük hissəsini əldə edib. İndiyədək əldə edilmiş portfelin cəmi məbləği təxminən 164 milyon manatdır.
AMB sədrindən "Naxçıvan Bank"la bağlı - AÇIQLAMA
FED.az xəbər verir ki, bunu keçirilən mətbuat konfransında "Kapital Bank" ASC-nin İdarə Heyətinin sədri, Baş İcraçı direktoru Fərid Hüseynov bildirib.
Bankın Sədri vurğulayıb ki, kredit portfelinin əldə edilməsi kredit müştərilərinə də rahatlıq yaradacaq:
"Mən “Naxçıvanbank”ın taleyilə bağlı məsələni şərh etmək istəməzdim. Biz "Naxçıvanbank"ın nə depozit portfelini, nə də səhmlərini almırıq. Lakin, həm “Kapital Bank”, həm də “Naxçıvanbank” üçün bir fürsət idi: Biz “Naxçıvanbank”ın kredit portfelinin böyük hissəsini əldə etmişik. Ötən ilin sonuna əldə edilmiş məbləğ 62 milyon 356 min 821 manat olmuşdu. O vaxt yalnız istehlak kreditləri portfeli idi. Toplam isə, bu günədək 164 milyon 62 min 369 manata yaxın kredit portfeli “Kapital Bank”a ötürülüb. Onun 84 milyon 582 min 478 manatı korporativ kreditlər portfeli, digəri isə qeyri-korporativ kreditlər portfelidir. Əqd artıq bağlanılıb. Bu, bütün tərəflər üçün – həm “KapitalBank” üçün, həm “Naxçıvanbank” üçün, həm də müştərilər üçün rahatlıq yaradacaq”.
Qeyd edək ki, "Naxçıvanbank" ASC-nin bank olmayan kredit təşkilatına (BOKT) çevrilməsi məsələsinin də gündəmdə olduğu açıqlanıb. (Marja)