Bankların bağlanması riski ilə bağlı deyə bilərik ki, şəffaflığı artırmışıq. Hal-hazırda maliyyə sabitliyinə təsir edəcək hər hansı bir bankla problemimiz yoxdur.
"Naxçıvanbankı"ın əməliyyat mənfəəti - 6 DƏFƏ AZALIB
FED.az xəbər verir ki, bu barədə AMB-nin sədri Taleh Kazımov 1 may tarixində keçirilən mətbuat konfransında bildirib.
O bildirib ki, balansı çox keyfiyyətlidir, maliyyə dayanıqlılığı ilə bağlı hər hansı problem yoxdur. Bankın kredit portfelinin bir hissəsi “Kapital Bank”a satılıb. Bankın fəaliyyəti ilə bağlı səhmdarlar tərəfindən qərar veriləcək. Bankın fəaliyyətini necə davam etdirəcəyi və ya BOKT-a çevriləcəyi səhmdarların qərarından asılı olacaq. Amma bunun ümumi maliyyə sabitliyinə hər hansı təsiri yoxdur.
"Naxçıvan Bankın hər hansı maliyyə problemi yoxdur. Əmanətçilərin sayı kifayət qədər azdır, bankda amma problem görmürük" - deyə AMB sədri elavə edib.