“Naxçıvan Bank” ASC 2024-cü ilin ilk rübünün hesabatını açıqlayıb.
FED.az bankın hesabatına istinadən xəbər verir ki,bank ilk rübü 5 milyon 292 min manat xalis mənfəətlə başa vurub.- Bu da ilik müqayisədə 235 min manat (4,6%) çoxdur.
Bank tərəfindən hesabat dövründə cəmi 13 min manat mənfəət vergisi öpdənilib.
Bankın faiz gəlirləri 2 milyon 886 min manat təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 milyon 111 min manat, yaxud 2,1 dəfə azdır.
Bunun da 2 milyon 302 min manatı kreditlərdən əldə edilmiş faiz gəlirlərinin payına düşüb ki. bu da ilik müqayisədə 2 milyon 235 min manat və ya 49,3% azdır.
Faiz xərcləri 498 min manat təşkil edib edib ki, bu da son bir ildə 107 manat, başqa sözlə 27,4% çoxdur.
Beləliklə, bankın xalis faiz gəlirləri cari ilin I rübündə 2 milyon 388 min manat olub. Bu da illik müqayisə ilə 3 milyon 204 min manat və ya 2,3 dəfə azdır.
Bankın qeyri faiz gəlirləri 300 min manat, qeyri faiz xərcləri 1 milyon 979 min manat təşkil edib. Gəlirlər son bir ildə 944 min manat və ya 4,1 dəfə , xərclər isə 527 min manat və ya 21% azalıb.
Bankın əməliyyat mənfəəti isə 709 min manat olub. Bu da illik müqayisə ilə 3 milyon 622 manat (6,1 dəfə) azalma deməkdir.
“Naxçıvan Bank” ASC-nın aktivləri bu ilin ilk rübündə 194 milyon 58 6min manat olub. Aktivlər 2023-ci ilin ilin sonu ilə müqayisədə 11 milyon 622 min manat, yaxud 5,6% azalıb.
Bankın əsas gəlir mənbəyi olan kredit portfeli 103 milyon 656 min manat olub. Ötən ilin sonu illə müqayisədə kredit portfelinin həcmi 27 milyon 63 min manat yəni 20,7% azalıb.
Bankın öhdəlikləri təxminən 127 milyon 611 min manat olub ki, bu son 3 ayla müqayisədə 16 milyon 644 min manat, yaxud 11,5% azalma deməkdir.
“Naxçıvan Bankın” depozit portfeli I rübdə 48 milyon 388 min manat təşkil edib. Bu da əvvəlki illə müqayisədə 15 milyon 31 manat, yaxud 23,7% azdır.
“Naxçıvan Bank”in kapitalı 5 milyon 21 min manat, yaxud 8,1% artaraq 66 milyon 975 min manata yüksəlib.
Bankın bölüşdürülməmiş mənfəətinin həcmi isə 18 milyon 422 min manat olub. Ötən ilin sonunda isə bank 5 milyon 292 min manat mənfəət əldə etmişdi ki, bu da 40,3%-lik artım deməkdir.