“Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti adını və təşkilati-hüquqi formasını dəyişir.
FED.az xəbər verir ki, bank adını və təşkilati-hüquqi formasını dəyişərək “E-Kredit Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrildiyini elan edir.
Qeyd edək ki, 43 milyon 999 min 990 min manat nizamnamə kapitalına malik olan bank 29 aprel 2008-ci ildə yaradılıb. Qanuni təmsilçisi İsayev İsa Bünyad oğludur.
Hüquqi ünvanı Naçıvan şəhəri Cəlil Məmmədquluzadə ev 27 ünvanıdır.