Ötən il fəaliyyətini dayandırmış «Muğanbank»ın kredit portfelinin ötürüldüyü daha bir bank məlum olub.
“Muğanbank”ın ipoteka kredit portfeli - BU BANKA ÖTÜRÜLÜB - FED.az
FED.az xəbər verir ki, bu «Premium Bank»dır. Bu barədə bankın illik hesabatında bildirilir.
Hesabatda bildirilir ki, 2023-cü ildə «Muğanbank»ın bank lisenziyası ləğv edildikdən sonra bankın 34 milyon 948 min manatlıq ipoteka krediti portfeli «Premium bank»a köçürülüb.
Xatırladaq ki, «Muğanbank» fəaliyyətini dayandırdıqdan sonra onun kredit portfeli bir neçə banklar arasında bölünüb. O cümlədən ipoteka krediti portfelinin 20 milyon manatlıq hissəsi «Bank Respublika»ya keçib.