"Naxçıvan Bank" ASC bu ilin I yarısını 4,8 milyon manat xalis mənfəətlə başa vurub.
Eləcə də bax: Azərbaycanda bank 8%-lə - DAXİLİ İPOTEKA KREDİTİ VERİR
FED.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 2,2 dəfə çoxdur.
Yanvar-iyun aylarında "Naxçıvan Bank"ın gəlirləri 8 milyon manat (illik müqayisədə 61,7% çox), xərcləri 2,6 milyon manat (21,5% çox), xüsusi ehtiyatlara ayırmaları isə 640 min manat (6,1% çox) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.
Bu il iyulun 1-nə "Naxçıvan Bank"ın aktivləri 241,9 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 12,1% çoxdur. Bunun 105,1 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 41,3% böyüyüb.
Hesabat dövründə "Naxçıvan Bank"ın öhdəlikləri 13,2% artaraq 153,2 milyon manata, o cümlədən depozit portfeli 6,8% artaraq 95,4 milyon manata, balans kapitalı isə 10,3% artaraq 88,7 milyon manata, o cümlədən nizamnamə kapitalı 13,9% artaraq 77,3 milyon manata çatıb.
Xatırladaq ki, “Naxçıvan Bank” 2008-ci ildə yaradılıb, ölkənin yeganə regional bankıdır. Bankın səhmdarları 4 fiziki şəxsdir. (Report)