«Naxçıvanbank» ASC müştərilərinə orlduqca sərfəli şərtlərlə ev və mənzil almaq üçün daxili ipoteka krediti təklif edir.
Eləcə də bax: İpoteka kreditlərinin 5-6 faizə endirilməsi mükündür - AÇIQLAMA
FED.az-ın məlumatına görə, şərtlərə əsasən ipoteka krediti maksimum 50 min manat məbləğinə qədər, illik 8% dərəcə ilə verilir. Qeyd edək ki, bu - İpoteka və Kredit Zəmanət Fondunun ölkə üzrə ayırdığı ipoteka kreditinin dərəcəsi kimidir.
«Naxçıvnabank»ın daxili ipoteka krediti 10 il - 120 aylıq müddətə verilir, ilkin ödəniş isə evin qiymətinin 15-20%-i qədərdir.
Bankdan FED.az-a bildirilib ki, bu məhsul uxun müddətdir mövcuddur.
Amma bu kreditlər yalnız Naxçıvan Muxtar Respublikasında ev və mənzil almaq üçün verilir.