Azərbaycanın yeganə regional bankı olan «Naxcçıvanbank» ASC uzun müddət ərzində gizli saxladığı mülkiyyətçilərini açıqlayıb.
155 milyon depoziti olan Azərbaycan bankı 3 ildir ki - ƏMANƏTÇİLƏRİNƏ FAİZ ÖDƏMİR
Müştəriləri «Naxçıvanbank»dan pullarını çıxarırlar – BANK KİÇİLİB - HESABAT
FED.az xəbər verir ki, Bankın Naxçıvan Ali Məclisinin keçmiş sədri və muxtar respublikanın faktiki rəhbəri Vasif Talıbovun ailəsinə məxsus olduğu qeyri-rəsmi bildirilsə də, bank ölkə qanun vericiliyinin bu maddəsini pozaraq mülkiyyətçilərini açıqlamırdı.
İndi isə 2022-ci il üzrə illik hesabatda bankın əsl sahibləri «görünüb».
Rəsmi hesabata əsasən 2022-ci il dekabrın 31-ə olan vəziyyətə «Naxçıvanbank» ASC Talıbovlar ailəsinə aid 4 fiziki şəxsə məxsus olub.
Bankda Vasif Talıbovun oğulları Rza Talıbovun 63,66% (nəzarətedici zərf), Seymur Talıbovun 20,48%, qızı Talıbova Baharxanım 9,82%, Talıbovun nəvəsi Sultanova Sevil Rza qızının isə 6,04% səhmi olub.
Qeyd edək ki, «Naxçıvanbank» ASC 2008-ci ildə dövlət qeydiyyatından keçib, 2008-ci ilin 4 avqustunda isə bank lisenziyası alaraq fəaliyyətə başlayıb. 2014-cü ilin martında bank 100% özünə məxsus olan yerli sığorta şirkətini – «Naxçıvansığorta»nı təsis edib.