2024-cü cü ilin IV rübünün sonuna olan məlumata görə "Kapital Bank"da depozit portfelinin həcmi 8 milyard 978,3 milyon manata yaxın olub.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
Məlumata əsasən onun da 2 milyard 594,2 milyon manatı fiziki, 6 milyard 384,1 milyon manatı hüquqi şəxslərin payına düşüb.
Ümumi depozit portfelində 2 milyard 656,7 milyon manat, başqa sözlə 42%, əhalinin əmanətlərində 688 milyon manat (36%), şirkətlərin əmanətlərində isə 1 milyard 968,7 milyon manat (44%) artım baş verib.
Xatırladaq ki, ötən ilin sonu üzrə açıqlanan rəqəmlərə görə bank təxminən 6 milyard 321,6 milyon manat ümumi depozit portfelinə malik olub. Bunun da 1 milyard 906,2 milyon manatdan çoxunu əhalinin, 4 milyard 415,4 milyon manata yaxın olan hissəsini isə şirkətlərin əmanətləri təşkil edib.