2024-cü ildə "Kapital Bankın aktivləri 11 milyard 372 milyon manata bərabər olub.
FED.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
Aktivlər 2023-cü ilin sonu ilə müqayisədə 2 milyard 713 milyon manata yaxın və ya 30% artıb.
Aktivlərin 2 milyard 717 milyon manatını nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsaitləri, 3 milyard 111 milyon manatını ticarət və investisiya qiymətli kağızları, 5 milyard 211 milyon manatını kredit portfeli, 535 milyon 879 min manatını digər aktivlər təşkil edib. Son bir il ərzində nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsaitləri 500,6 milyon manat (23%), qiymətli kağızlara yatırımlar 1 milyard 523,3 milyon manat (96%), kredit portfeli 939 milyon 395 min manat böyüyüb.