Bu ilin yanvarında bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edib.
FED.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Məlumata görə cəmi öhdəliklərin 79.7%-i və ya 36,961 mln. manatı depozit portfeli təşkil edib.
Depozit portfelinin 61.1%-i (22,575.5 mln. manat) hüquqi şəxslərin, 38.9%-i (14,385.4 mln. manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.
Fiziki şəxslərin əmanətlərinin 66%-i (9,497 mln. manat) milli valyutada, 34%-i (4,888.4 mln. manat) xarici valyutadadır.
Fiziki şəxslərin əmanət portfelinin 60.8%-i (8,746.8 mln. manat) müddətli əmanətlərdən ibarətdir.
Fiziki şəxslərin müddətli əmanətləri yanvar ayında 1.7% və ya 146 mln. manat artıb.
Hüquqi şəxslərin tələbli depozitləri 16,671.1 mln. manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 73.8%-ni təşkil edib. • Fiziki şəxslərin əmanətlərinin dollarlaşması əvvəlki ilin müvafiq dövrünə nəzərən 1.5 faiz bəndi azalaraq 33.5%-ə düşüb.