2024-cü ilin sentyabrın 1-nə Azərbaycan banklarının ipoteka kredit portfeli 4 milyard 97 milyon manat təşkil edib.
FED.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq statistik bülletenə istinadən xəbər verir.
Kredit portfeli aylıq müqayisədə 77,5 milyon manat (1,9%), ötən ilin sonu ilə müqayisədə 467,8 milyon manat (12,9%), illik müqayisədə 637,1 milyon manat (18,4%) böyüyüb.
Qeyd edək ki, ipoteka kredit portfeli bu ilin avqustun 1-nə 4 milyard 19,5 milyon manatın, yanvarın 1-nə 3 milyard 629,2 milyon manat, ötən ilin eyni dövrünə 3 milyard 459,9 milyon manat təşkil edib.