"Bank of Baku"nun cəmi öhdəlikləri 976,7 milyon manat təşkil edib.
FED.az biznes və maliyyə xəbərləri portalı maliyyə qurumunun hesabatına istinadən xəbər verir.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 198,1 milyon manat, yəni 25,4% artım deməkdir.
Öhdəliklərin artımında əsas rolu depozit portfelinin böyüməsi oynayıb. Bankın depozit portfeli ötən ilə nəzərən 147,7 milyon manat (25%) artaraq 740,3 milyon manata çatıb.
Depozit portfelinin artımı həm fiziki, həm də hüquqi şəxslərin vəsaitləri hesabına baş verib. Fiziki şəxslərin depozitləri il ərzində 134,2 milyon manat (25,1%) artaraq 669,4 milyon manata, hüquqi şəxslərin depozitləri isə 13,6 milyon manata yaxın (23,7%) artaraq 70,9 milyon manata çatıb.
Qeyd edək ki, 2024-cü ilin yekununda bankın cəmi depozit portfeli 592,5 milyon manat olub. Həmin dövrdə bu portfelin 535,2 milyon manatı fiziki şəxslərin, 57,3 milyon manatı isə hüquqi şəxslərin əmanətlərinin payına düşüb.











