“Muğanbank” ASC təqdim etdiyi məhsul və xidmətlərin müştərilər üçün əlçətanlığının artırılması, müştəri seqmentasiyasına uyğun olaraq filial şəbəkəsinin optimallaşdırılması prosesləri çərçivəsində yeni filialını istifadəyə verdi.
Eləcə də bax: Xüsusi komanda "Muğanbank"ı tam təkmilləşdirmək üçün - İŞLƏRƏ BAŞLAYIB
FED.az xəbər verir ki, bankın yeni “Uğur” filialı Bakı şəhəri, Nəsimi rayonu, 971-ci məhəllə, Ak.Mirqasımov küçəsi,29 ünvanında fəaliyyət göstərir. Filial həftənin beş günü (bazar ertəsi-cümə) saat 9.00-dan 17.00-a kimi hüquqi və fiziki şəxslərə bütün növ bank xidmətləri təklif edir.
“Muğanbank” ASC filial şəbəkəsinin genişliyinə görə (35 filial və 9 şöbə) ölkədə ilk üçlüyə daxil olan banklardandır. Bankın hədəfi və missiyası daima müştərilərə keyfiyyətli və əlçatan xidmətlər təklif etməkdir.
“Muğanbank” ASC-nin filial və şöbələri, təqdim etdiyi xidmət və məhsullar haqqında ətraflı məlumatı bankın 933 Çağrı Mərkəzinə zəng etməklə və ya bankın www.muganbank.az rəsmi internet səhifəsindən, həmçinin sosial şəbəkə səhifələrindən əldə etmək olar.