Azərbaycanın ən böyük filial şəbəkəsinə malik olan banklardan biri «Muğanbank»ın səhmdarları dəyişib.
FED.az xəbər verir ki, bankun səhmləri ilə bağlı dəyişiklik apreldən başlayıb.
Belə ki, 28 aprel 2023-cü il tarixində Bank hər birinin dəyəri 200 AZN olan 185 min ədəd yeni səhm buraxıb və emissiya edib. Emissiyanın ümumi həcmi 37 milyon manat təşkil edib.
Nəticədə bankın cəmi kapitalı 80 milyon manata yaxınlaşıb.
“Muğanbank” 2023-cü ilin birinci rübü üzrə - MALİYYƏ NƏTİCƏLƏRİNİ AÇIQLAYIB
May ayında isə Bankın səhmdarları siyahısında dəyişiklik baş verib.
Belə ki, 2022-ci ilin sonunda bankın səhmdarları Elmir Mehdiyev (67,74%), Maqbet Mehdiyev (11,58%), Vəfa Vəliyeva (10,65%) və Fəridə Mehdiyeva (10,03%) idi.
2022-ci ilin noyabrında Maqbet Mehdiyev vəfat etdiyinə görə, onun səhmləri başqa səhmdarlara köçürülüb.
Mayın 17-də isə Elmir Mehdiyev öz 74% səhmlərinin 37%-ni Munir Vəliyevə, 37%-ni isə Samir Vəliyevə satıb. Bankın digər səhmdarı olan Fəridə Mehdiyeva isə öz səhmlərinin 6%-ni aşağıdakı qaydada bölüşdürüb Munir Vəliyev 3% səhm; Samir Vəliyev 3% səhm.
Yeni buraxılan səhmləri və səhmdarların dəyişdirilməsini nəzərə aanda
Son vəziyyətdə bankın səhmlərinin 80%-i Munir Vəliyev (40%) və Samir Vəliyevə (40%) məxsusdur.
Bu əməliyyatlar AMB tərəfindən təsdiq edilib.