“Muğanbank” ASC 2023-cü ilin birinci rübü üzrə müsbət maliyyə nəticələrini elan edir.
Azərbaycanda 20 bankın vəziyyəti - MƏLUM OLDU – YENİLƏNİR – MƏBLƏĞLƏR - SİYAHI
FED.az xəbər verir ki, bank öz fəaliyyətini uğurla inkişaf etdirir.
“Muğanbank” ASC 2023-cü ilin birinci rübündə müsbət maliyyə nəticələrinə nail olmaqla sabit artım nümayiş etdirir.
Bankın xalis mənfəəti 102,85 min manat təşkil edib. Ötən ilin analoji dövrü ilə müqayisədə ümumi aktivlər əhəmiyyətli dərəcədə böyüyərək 11,65% artımla 739,82 milyon manat təşkil edib, cəmi depozit portfelində də 31,51% artım qeydə alınaraq 428,02 milyon manata çatıb, eləcə də faiz gəlirləri 18,63% artaraq 10,70 milyon manat təşkil edib.
Bu nəticələr bankın maliyyə bazarında sabitliyinin və davamlı artımının göstəricisidir, onun etibarlılığını və müştərilərin etimadını təsdiqləyir. “Muğanbank” ASC müştərilərinə yüksək keyfiyyətli maliyyə xidmətləri göstərmək üçün fəaliyyətini bundan sonra da inkişaf etdirəcək və göstəricilərini daha da yaxşılaşdırmağa çalışacaq.
"Muğanbank" ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda Bankın ölkə ərazisində 22 filialı və 10 şöbəsi keyfiyyətli xidmət göstərir. Muğanbankın xidmət və məhsulları haqqında ətraflı məlumat almaq 933 Məlumat Mərkəzi və ya www.muganbank.az saytı vasitəsilə mümkündür.